Əgər Allah varsa və əgər var olan Allah qarşısında mənim yazacaqlarım günahdırsa qoy var olan Allah məni yazacaqlarıma görə bağışlasın.Bu fikirlə həmişə olmasa da çox vaxt razılaşmışam:İnsan düşdüyü mühitə uyğunlaşır.Təbii ki, öz xarakteri daxilində.İndi gənclərin çoxu H.O.S.T-a qulaq asır.Bəzi mahnılarına mən də quıaq asıram və bəzi fikirləri ilə tam,bəzi fikirləri ilə isə qismən razıyam.Dinlədiyim mahnılarından birində bəlkə də neçə dəfələrlə təkrar-təkrar eşitdiyim bir ifadə gecə mənim beynimi qurcalamağı başardı.”Saqqal uzunluğu ilə ölçülən cənnətlərə qarşı”.Dediyim kimi o mahnıya çox qulaq asmışdım,amma nəsə bu dəfə bu fikirdə dolaşdım və öz-özümə təkrarladım.Mahnının bundan sonrasına qulaq asmadım.Və bu bir neçə sual məni düşündürdü.Cənnət varmı? müəllif: Əhrəman Göyüşov Read more…
Cənnətə yol(Dəli düşüncə)…Əhrəman Göyüşov
Əhəmiyyətsiz mesajlar…
Əhəmiyyətsiz mesajlar…
Onun telefonu da burdakı heç kimə lazım deyildi elə onun özü kimi… O heç kimə lazım deyildi, elə o mesajlar da… kimsə lap uzaqlarda, ucqar kəndin tozlu küçələrində məktəbdən evə qayıdırdı… biri isə başqa ölkədə axşamkı görüşə hazırlıqlarını edirdi… o isə uzanmışdı… əlindəki telefonla… Read more…
Sosial Şəbəkələrdə Paylaş
Kommunist şirinlər…
Görəsən şirinlər kommunistlərdimi? Əgər nəzərə alsaq ki, Şirinlərin müəllifi Peyonun Belçika kommunist partiyasına üzv olmasını və ya 101 eyni hüquqa malik şirinin eyni yerde eyni maddi şəraitdə yaşamasını, deməli bu fikir heç də absurd deyil. İki müxtəlif yanaşma ilə yaxınlaşaq. Read more…
Sosial Şəbəkələrdə Paylaş
“Səndən heç gözləməzdim”..(18+)
Səndən belə şey gözləməzdim… Sən kimsənee məndən nəsə gözləyərsən? Axı kim sənə bu hüququ verib? Sənə girir mənim elədiyim hansısa hərəkət? Sənə maraqlıdır? Mən səndən nəsə gözlədiyimi və ya sənə qarşı hər hansı borcum olduğunu xatırlamıram axı… komplekslərini tulla da bir kənara… məndən də səndən belə şey gözləməzdim, səni çılpaq gözləyərdim öz otağımda, bax bu mənə daha maraqlı olardı… yoxsa sənə aid heç bir fikir də yürütməzdim, ala gərək hamı bilsinee insanın həyatından çıxıb getməyi… Read more…
Sosial Şəbəkələrdə Paylaş
Bir insan, bir dünya, bir sevgi…

Bu hekayədə və ya məqalədə onun haqda düşüncələrdən başlayıb, ona yazılan məktuba qədər davam edir… Sevgi nağılı davam edir… Read more…
Sosial Şəbəkələrdə Paylaş
Sevgi mutasiyada…(Hekayə)

Düz yarım saat idi ki, onu gözləyərdim. Lap köhnə günlərdəki kimi. Artıq ona ayrılıq mesajını yazmağımın üstündən düz 4 ay keçmişdi, daha dəqiq desək düz 119 gün… Bu 119 gün ərzində hər gün onu düşünmüş, onla nəfəs almış, gecələr xəyalı beynimdən çıxmamış, gündüzlər gördüyüm hər bir qızda onu axtarmışdım. Yox, heç də belə olmamışdı. Onu sevdiyimi anlamışdım. Əvvəl də bilirdim, amma bu 119 gündə bir şeyi dərk etmişdim, mən onu sevməyi sevirdim. Read more…
Sosial Şəbəkələrdə Paylaş
Fərqli şeir…
Səndən utandım, xoş söz demədim…
Zarafata saldım, səni sevmədim…
Gecələr qucaqda olanda səndin…
Gözəlliyin bu dünyaya dəysin…
Qara gözlərin qara bənzədi…
Səni sevənlər gör bir, neçədi…
Mənsə sadəcə onlardan biri…
Sevgin irəli yox, aparır geri… Read more…
Sosial Şəbəkələrdə Paylaş
Bəzi mahnılar…
İndi, 9 mart, saat 04:49-da Vladimir Visotskinin “Дорогая передача” mahnısına qulaq asıram, mahnıdan çox söhbəti xatırladır, deyəsən 3-cü dəfədir ard-arda qulaq asıram, ən azı onu bilirəm ki, bu yazım bitənə qədər də qulaq asacam. Fövqəladi mahnıdır. İnsanı düşündürə bilir, bəzi mahnılar bacara bilir bunu, bax bu mahnı da bacarır, Vladimir insanla necə qəşəng söhbət edir, səsində həyatı hiss edirsən. “Bax bu da həyatdır”… necə heyrətamizcə deyir bunu. Elə bil sənin qarşında çox danışan üst mərtəbədəki qonşun oturub və əslində sənə heç bir marağı olmayan probləmlərini böyük həvəslə danışır…Amma sən qulaq asmaq istəyirsən, söhbətə yox, onun emosiyalarına baxmaq maraqlıdır. İndi əslində heç bir notası olmayan bu mahnını dəfələrlə Vladimirin səsinin çalarlarına görə qulaq asmaq olar. Read more…
Sosial Şəbəkələrdə Paylaş
“Ayrılsak da beraberiz”…
Siz heç “Ayrılsak da beraberiz” teleserialına baxmısız? Yadınızda olar yəqin, TRT1-dən gedirdi, deyəsən köhnə minilliyin sonlarında başlamışdı, o yadımdadır ki, baş roldakı aktrisa Janset daha sonra başqa bir aktrisa ilə əvəz olunmuşdu. Nəysə, belə baxanda elə də pis film deyildi, amma əlbəttə ki, mən o filmə baxmaqdansa həmin vaxtı başqa seriallara baxmağı, Azərbaycan filmlərinə filan baxmağı üstün tutardım, hər halda onda 4-5 yaşım var idi, və məncə bunlar insana uşaqlıq vaxtından yeridilməlidir, o serialdan heç nə öyrənməmişəm məncə, amma Azərbaycan filmlərinə baxsam və ya elə həmin vaxtın filmləri olan “Forrest Gump” və ya “Braveheart” filmlərini seyr etsəm pis olmazdı. Ən azından onlara indi, 13-14 il sonra baxmaq çox acı bir vəziyyətdir,amma təbii ki günah “Ayrılsak da beraberiz” serialında deyil, məsələ başqa bir şeydədir, məsələ bizim tamamilə türkləşməyimizdədir. Və elə məqalənin də məqsədi də budur. Read more…
Sosial Şəbəkələrdə Paylaş
300 dollarlıq əzbər bildiyimiz foto…
Windows XP-nin məşhur tema fotosu olan şəklin müəllifinin tapılması dü bir ildən çox vaxtı almışdır. Məsələ isə çox maraqlıdır, belə ki bütün bu işlərin arxasında əslində sadəcə maraq dayanır. Nyu Yorkda yaşayan Nik Toşez adlı şəxs bir gün öz kompyuterində işləyərkən bu fotonun müəllifinin kim olması, fotonun harda çəkilməsini bilmək marağına düşür. İş isə təbii ki o qədər asan deyildi. Read more…
Sosial Şəbəkələrdə Paylaş
-
Ən Son Yazılar
Ən son kommentlər
Kateqoriyalar
- film (3)
- Kitablar (2)
- Maraqlı (4)
- Musiqi (4)
- Mənim şeirlərim (3)
- Nə? Harada? Nə zaman? (1)
- Nəsr əsərlərim (3)
- Şəxsiyyətlər (2)
- Uncategorized (9)
- Ədəbiyyat (4)
Arxiv
- May 2012 (2)
- April 2012 (3)
- March 2012 (7)
- February 2012 (18)
Teqlər
Azərbaycan bahali Bob Marli books demokratiya dünya görüşü elm famous surname film foto fransa Goyushov grammy Göyüşov həyat inqilab Kazakh kitablar maraqli mesaj musiqi mükafat müstəqillik müğənni məntiq NHN Oskar Qabriel Qarsia Markez qaradərili Qazax qəhrəmanlar roman romantika Rəsulzadə satira sevgi sevgi şeiri Solijentsin virtual xoşbəxtlik xəmsə Çerom Devid Selincer ölü şeir Ədəbiyyatİdarə Paneli
Ölkə statistikası